Qısa Qapanma
[00:10.06] (Verse 1)
[00:12.45] Bizim neçə ilimiz qalıb dost?
[00:13.51] Görəsən payız hansı yarpaqları tez tökür?
[00:15.64] Görəsən nə qədər təsirli olacaq epiloq?
[00:18.29] Zaman qəbir qazdıqca insanlar da ev tikir
[00:20.95] Zaman qırılmış ümidlərin son qərarı mənzili
[00:23.87] İnsanlar torpaqdan düzəlmiş çirkli oyuncaqlar
[00:26.79] Şəhər çoxdan bürünüb boz əlcəkli magistrallar
[00:29.71] Otağın bir küncündə çirki oyuncaqlar
[00:32.36] Yenə də sən gülürsən. Nəyə gərək ironiya?
[00:35.02] Ovucun qırışlarına hopur taleh xətlərimiz
[00:37.97] Uzaqda piano, qonşu otaqda son melodiya
[00:40.61] Danış danışım məndə qucaqlaşsın dərdlərimiz
[00:43.55] Cənnəti tapmadıq biz. Nöqtələr oldu vergül
[00:46.21] Qısa bir qapanmadan sonra suallar çoxaldı.
[00:48.85] Arzular yerinə yetdi amma ucuz xislətimin
[00:51.51] İçimdə şükürlər yox yenə də dualar çoxaldı
[00:54.43] (Vokal)
[01:15.42] (Verse 2)
[01:17.27] Onun qızıl saçları ağlımdadır.
[01:19.15] O mənim acı günlərimin ən xoş xatirəsi
[01:21.80] Palçıqlar iz qoyurdu ayaqlarım közərdikcə
[01:24.46] O mənim cəhənnəmlə cənnətimin rabitəsi
[01:27.38] Sonuncu həyat dərsi, ilk öpüş fəlsəfəsi
[01:30.04] Sonuncu ümid rəqsi, son görüş mənzərəsi
[01:32.96] Sonuncu dayanacaqda vaqonlarda son sərnişin
[01:35.62] Sonuncu sərnişinin köhnə tozlu pəncərəsi
[01:38.54] Cırılmış pencəyinin cibində qadın şəkli
[01:40.93] Həyat mürəkkəbilə yazılmış mürəkkəb həyat
[01:43.85] O çoxdan ölmüş bir sevginin canlı abidəsi
[01:46.51] Qırılar ilk toxunuşdan bil ki, düzəlməz həyat
[01:49.43] Sənin taleyin mənim taleyimlə əkiz qardaş
[01:52.09] Gəl oturaq, bir az danışaq, bir az Allahdan
[01:55.01] Sən odun tök ocağa, Mən yazım bir-iki misra
[01:57.66] Yapışaq balıqlar tək ölümə çəkən qarmaqdan biz...
[02:02.71] (Vokal)
[02:21.30] (Verse 3)
[02:22.90] Səni basdırdığım torpaqda qızıl güllər əkdim
[02:27.94] Bir gün gələr ki, o güllərdən gələr sənin ətrin
[02:28.74] Keçmişin rəflərində itib batmış bioqrafiyam
[02:30.87] Onun sonuncu səhifəsində qaldı sənin sətrin
[02:33.79] Məni bir kölgə sandın. Dəhlizin divarlarından,
[02:36.18] Asılmış rəsmlərdə əbədi qaldı sənin şəklin
[02:39.10] Sən ümid notlarından yazılmış ideal simfoniya
[02:41.49] Mənim əllərim əsdi mən drijor mənim səhvim
[02:44.68] Qurumuş boş cümlələr, Mavi gözlər yalançı
[02:47.34] Bu dörd divarın içində sığmır içimə mənim dərdim
[02:50.26] Sən mənim parçalanmış gözlərimdə ilham pərim
[02:52.91] Mən sənin sevgi sərhədində son tikanlı məftil
[02:55.84] Qəfil küləklər əsdi bir anlıq durdu nəbzim
[02:58.49] Zərif işartılarda gözümə gəldi sənin əksin
[03:00.88] Bu qəribə incə fobiya, bəyaz bayraq və təslim
[03:04.07] Sonuncu dərs son baharda bitdi mənim fəslim
[03:07.00] (Vokal)
