Orxan Zeynallı - 40-cı Paralel (ft. Röya Miriyeva) (2019 KLİP)
[00:21.54] Kaş, gözlərdən axan yaş olaydın,
[00:27.76] Kaş, getməyəydin birgə yaşlanardıq
[00:33.49] Son kəs bu döngələr səni səslər
[00:38.76] Gəl, gözləyərəm
[00:41.51] Gözləyərəm
[00:43.02] Gözləyərəm
[00:44.27] Qəribəsən Bakı, ürəyi olmayanlar itirilmiş sevgidən yazır. (nə isə)
[00:48.52] Sonuncu qum dənəsi düşmədən yerə, xəyala gedən yolda,
[00:52.50] Gələcəyi üçün insan keçmişini körpüdən atır.
[00:55.51] Bir gün ölkədən qaçıb, azmaq idi arzum
[00:58.01] Elə bilmə səni yaddaşdan pozmaq idi arzum.
[01:01.01] Artıq donub əlləri, güclə dayanıb Cek.
[01:04.01] Istəmədim batan gəmidə çalım violonçel.
[01:06.77] Ömrü bizim ömrümüzdən uzun bəstələrim var
[01:09.51] Dərinlikdən qaça bilməzsən qayıqla ancaq
[01:12.29] Zaman tunelində ilişib qalanlara pis xəbərim var!
[01:15.01] Geriyə baxmadan qaçın uşaqlıq qayıtmayacaq
[01:18.01] Həyat gedir dediyin anda birdən vaxt sancar
[01:20.50] Üzünə baxıb deyər, keçir ömür böyüyürsən qocalırsan
[01:24.01] Dinlə bu gecə təkcə məni
[01:26.27] Elə bil ki, məndən mənim xoşbəxtliyimi borc alırsan.
[01:29.26] Kaş, gözlərdən axan yaş olaydın,
[01:35.00] Kaş, getməyəydin birgə yaşlanardıq
[01:40.51] Son kəs bu döngələr səni səslər.
[01:45.99] Gəl, gözləyərəm
[01:48.76] Gözləyərəm
[01:50.26] Gözləyərəm
[01:51.77] Kaş, gözlərdən axan yaş olaydın,
[01:57.26] Kaş, getməyəydin birgə yaşlanardıq
[02:02.76] Son kəs bu döngələr səni səslər.
[02:08.25] Gəl, gözləyərəm
[02:11.02] Gözləyərəm
[02:12.52] Gözləyərəm
[02:13.51] Heç vaxt təkrar oxumayacağım sevimli kitab tək
[02:16.50] Qalacan rəflərdə özünəməxsus yerdə,
[02:19.27] Özünəməxsus tərzdə hərdən yada salıb
[02:21.78] Bakı, sənin xislətin bizi bir birimizə baha satır.
[02:24.50] Xatirəsi ağ qara şəkillər olan son nəsil bizik
[02:27.51] "Happy End"lə bitməyən hər bir son əzir bizi.
[02:30.26] Çox əsib dizim, amma ki, qaçdıqca yollar artır
[02:34.01] Dünən qibləmiz manat idi, bu gün dollar artıq.
[02:36.78] Mən səni tərk etmədim (yox, yox), seçim etdim.
[02:39.27] Artıq illərdir ki, bu yarımadada həyat dustaq
[02:42.26] Vermir nə ömür sınaqlar, nə də ki, taleh dostlar
[02:45.01] Getmir "Səməd Vurğuna" prospektdən trolleybuslar
[02:47.75] Bəlkə də dəyişəcək nə vaxtsa passportumun rəngi
[02:50.51] Doğum yeri qalır eyni, necə gözlərimin rəngi.
[02:53.26] Yollarını əzbər bilsən də yolunu azdıran şəhər
[02:56.26] Mənə, məni "mən" etmiş mahnılarımı yazdıran şəhər
[02:59.00] Kaş, gözlərdən axan yaş olaydın,
[03:04.25] Kaş, getməyəydin birgə yaşlanardıq.
[03:09.51] Son kəs bu döngələr səni səslər.
[03:15.26] Gəl, gözləyərəm
[03:18.01] Gözləyərəm
[03:19.76] Gözləyərəm
[03:21.26] Kaş, gözlərdən axan yaş olaydın,
[03:26.53] Kaş, getməyəydin birgə yaşlanardıq.
[03:32.27] Son kəs bu döngələr səni səslər.
[03:36.78] Gəl, gözləyərəm
[03:40.51] Gözləyərəm
[03:42.01] Gözləyərəm
