Qaraqan - Güzgü
[00:10.06] "Güzgüdəki adamla səmimi ol!" dedi içimdən gələn səs
[00:28.57] İllər sonra ilk dəfə gözlərimə baxdım
[00:30.86] Ya çox möhkəmdi taxtın, ya da gətirir bəxtim
[00:33.81] Bu qədər il keçib, amma ilk dinləyicim məni atmır
[00:36.81] Qızıl suyuna çəkilmiş salamlar şəhərindən
[00:40.07] Qız Qalası altında zorlananlar şəhərindən
[00:43.31] Mən nə qədər yazdım yağışdan, sevgidən utanmadım
[00:46.58] Gizlədib içimi yeyən sətirləri qələmimdən
[00:49.57] Güzgüdəki adamla səmimi ol!
[00:51.81] Dedim xalqa -Birləşək. Dedilər -Sən Nəsimi ol!
[00:55.05] Sənin edam gününə yığışarıq, ağlıyarıq, gətirərik qərənfil
[00:58.81] Sonra daşdan düzəldib səni, altına yazarıq "Dahi"
[01:02.07] Güzgüdəki adamla səmimi oldum, bu oyun başladı və bitdi mənlə, bitdi show
[01:07.31] Durmuşam güzgüdəki adamla üzbəüz və artıq əminəm
[01:11.31] Mənə pencəkdə daha rahatdı, amma yaraşır kapüşon
[01:17.06] Onu danışdırma! O indi öz dünyasında
[01:19.82] Çırpılır qanadlar, o uçacaq buralardan
[01:22.79] Bütün bu mahnılar, misralar yuxudan oyatmaq üçün, axı o qəhrəmandı... Yox!
[01:29.56] Onu danışdırma! O indi öz dünyasında
[01:32.58] Çırpılır qanadlar, o uçacaq buralardan
[01:35.57] Bütün bu mahnılar, misralar yuxudan oyatmaq üçün... Yox!
[01:42.57] Məni çağırdılar "Allahsız" və dedilər "Peyğəmbər"
[01:46.09] Xalqın gözündən salmaq üçün uydurub yüz cür şayiə
[01:48.82] Və düşmən səngərinə keçdi ən yaxın əsgərlər
[01:51.83] "Leykemiya" albom deyildi, dərin yaralarıma çarə
[01:54.82] Mənim üçün darıxırdı qələm,
[01:56.56] Qələmim üçün mikrofon,
[01:58.30] Mikrafon üçün səhnə, səhnə üçün darıxırdı millət
[02:00.82] Mən danışırdım yalanlar, qışqırırdı:
[02:03.56] "İnanmıyın! İnanmıyın!" içimdəki zindandan dəli həqiqət
[02:07.31] Çəkilmiş çarmıxa və sürgün olunmuş qəhrəman
[02:10.56] Mən bilirəm nədi bir qurtum suyun dəyəri səhrəda
[02:13.57] Qəlbinə kimi çirklə dolu cəmiyyət görmür heçnə
[02:16.79] Məni satın almaq istədilər, amma qiymətim gəldi baha
[02:19.81] Güzgüdəki adamla səmimi ol!
[02:22.32] O tanıyır səni uşaqlığından və bilir nə var içində
[02:26.32] Qəzəblə doludu içim, doludu kinlə, dolu yarayla
[02:29.30] Qanla qəlbim, ruhum əbədi döyüşlərdə mələklər, cinlər
[02:35.06] Onu danışdırma! O indi öz dünyasında
[02:38.06] Çırpılır qanadlar, o uçacaq buralardan
[02:41.08] Bütün mahnılar, misralar mənasız,
[02:44.06] Güya o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün
[02:47.31] Onu danışdırma! O indi öz dünyasında
[02:50.34] Çırpılır qanadlar, o uçacaq buralardan
[02:53.32] Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün,
[02:56.55] Axı o qəhrəmandı, güya o qəhrəmandı
[03:00.82] Mən qayıdıram evə. Anacan, soruşma "Hardan?"
[03:03.54] Necə getmişdim, elə gəlirəm, dəyişmiyib heçnə
[03:06.32] Hansı qan, hansı yaralar? Bunlar sadəcə cızıq
[03:09.56] Əl vurma, narahat olma, boş verək, sağalar keçər
[03:12.81] Mən qayıdıram evə və gətirdim bir həqiqət
[03:16.06] İstər, bağır dünyaya, istər, sus hər kəsdən gizlət
[03:19.06] Uzun çəkdi bu həsrət, itirilmiş vaxt üçün üzgünəm
[03:22.30] Amma yavaş-yavaş başlayıram özümü görməyə güzgüdə
[03:28.36] Onu danışdırma! O indi öz dünyasında
[03:31.06] Çırpılır qanadlar, o uçacaq buralardan
[03:34.07] Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün
[03:37.31] Axı o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün
[03:40.58] Onu danışdırma! O indi öz dünyasında
[03:43.32] Çırpılır qanadlar, o uçacaq buralardan
[03:46.31] Bütün mahnılar, misralar yuxudan oyatmaq üçün,
[03:49.81] Axı o qəhrəmandı, deməli özünü məhv edəcək xalq üçün
