Qaraqan - Dərzi
[00:04.89] Qəribədir hərəsidə bir tərəfdən gəlirlər kəlam, qələm, səs həvəsinə
[00:19.59] Mənim əvəzimə küləklər kimi əsib istərlər məni əzsinlər, tələsirlər
[00:23.34] Təzəsinə şərabın verərlər, 2 köpük qədəhinə, necə istər bəzəsinlər
[00:27.34] Mənə deyiblər ki; gəldinsə silah ilə vurma çiyinə qola vur tam təpəsinə
[00:31.09] Qələmimin ucu iti gizlənin itim kimi tapar xəstə quduzdu qapar
[00:35.10] Çənənizi bağlayın ayıb olub, birdə camaat içində mənə demiyin “ata”
[00:38.83] Əlinizi şişirdərək mənə göstərmiyin gücünüzü, siz odun, mən balta
[00:42.84] 2 ildi gedib səsim, amma qalıb atalar sözüm; “Qaraqan mindisə çapar”
[00:46.84] Səbəbi, nə qəzəbim, bu ki, deyil qəzəb kimi əsəbdir ki, təbiət zəlzələsi hə
[00:50.85] Hərənizi sərib bir ipə, qurulayıb, ütülərik, bitirib keçərik təzəsinə
[00:54.59] Sənin kimiləri yeddi ili, amma mənim ayıma biri gələr də bəzən həftəsinə
[00:58.33] Sizin hələdə bakirə bildiyiniz səhnələri neçə il əvvəl açmışam pərdəsini
[01:02.61] Əlinizi çəkin dizlərinizi kimi dolu kir tonu hin toyuğuna diss gəlir
[01:06.34] Hamınızı bir gözünə bu tərəzinin qoyub o biri gözünə qoyaram bir sətir
[01:10.10] Sizin underground zirzəmi gizlənin, elə oradır deşiyi sizlərin
[01:14.09] Sizə demişdilər; Qaraqan gəlir, amma deməmişdilər; gələndə biraz pis gəlir
[01:33.58] Gənə dərisinə yapışar qanı çəkər dartsan çıxmaz onu lazımdır kəsmək
[01:37.35] Salıb hərəsidə ağzına bitch, bitch, bitch ay bala biçmək üçün lazım əkmək
[01:41.34] Sizin dilinizi uzadıblar, söyüşlərinizi vaxt çatıb çənənizə tikmək
[01:45.34] Və su pərisinin ayaqları çıxıbsa, o demək deyil onu lazımdı…
[01:49.34] Sizi səliqəli-səliqəli bağlaram, basdırıb Quran oxudub ağlaram
[01:53.09] Hər sətirlər girirsə sizə çətin, onları yaxşıca-yaxşıca yağlaram
[01:57.09] Nə qədər borcum var dağlara, amma sizlərə yox bir qəpikdə
[02:00.86] Biz meşədəki ən qalın palıdlar, siz küçədəki kollar,kötüklər
[02:04.84] Təriflədim hərə bir tərəfinə çəki gətirərək əlini-qolunu rahat sərələdi
[02:08.59] Gərək elə sənin əlin oda girə, yandıra, yana-yana deyəsən: – Dədə, səhv elədim
[02:12.84] Hərənizə bir nar çubuğu verdim, fikirləşin görün neyləməy olar onlarnan
[02:16.34] Deyib getdim gələndə nə görsəm yaxşıdı, çubuqlar hələ də dartıram dallardan
[02:20.59] Olmuyacaqsız kişi şalvarnan, törəməz heç vaxt, canavar çaqqaldan
[02:24.84] Cəsarət olmuyacaq saqqalnan, qarışdırmıyın döyüşçünü bakkalnan
[02:28.09] Sizin qılınclardan kəsərli bizim köhnə bildiyimiz ən küt qalxanlar
[02:31.85] Mən qarğa bu 300 ildə çox gördüm sizin kimi sinəsinə döyən bala qartallar
[02:36.08] Nə qədər ki, qələmim əlimə balta, mən bu meşələri doğraram, odun bağlaram
[02:40.09] Ona-buna diss yazmasın, bala mənim qəbuluma gəlsin ölümünü axtaran
[02:43.82] Vəhşi aslanları, pələngləri əhliləşdirib pişik edib bağçamda saxlaram
[02:47.81] Sizin kimi şairlərin uzun dilini dodağına tikəcək iynəni saplaram
