Lrc Player

PRoMete & Qaraqan (H.O.S.T)2012

Unknown artist
[03:45.23]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:13.24] Nə qələm olmur kömək, nə ağappaq vərəqlər,

[00:16.52] Bir ağırlıq varsa ürəkdə.

[00:18.22] Küləklər aparsın külünü,

[00:20.75] İstəyirsən yanasan.

[00:22.02] Hərdən, fikirləşirəm ki, yuxudayam.

[00:24.25] Bütün bu ağırlıq düşəcək çiyindən,

[00:26.25] Nə vaxt ki oyanacam.

[00:28.01] Amma haçanacan davam edəcəyini bilmirəm.

[00:30.75] Mən əhatə dairəsindən kənarda,

[00:33.01] Sən isə Bermudumsan.

[00:34.72] Ümidlər sonuncu ölür, sən son ümidimsən.

[00:37.49] Amma yoxsan yanımda, varsan içimdə.

[00:39.49] Hər addımımda gözümün önündə

[00:41.75] Nəsə səni xatırladır.

[00:43.24] Zəng edirəm,

[00:44.48] Ya uzun-uzun çağırır,

[00:46.03] Ya da nömrən qapalıdır.

[00:48.25] İndi kömək eləmir bizə qanadlar.

[00:51.25] Yerimiz uçurumların kənarı.

[00:54.00] Guya qaça-qaça biz xəzandan,

[00:56.74] Uzaq saldıq özümüzdən baharı.

[00:59.99] İndi kömək eləmir bizə qanadlar.

[01:02.75] Yerimiz uçurumların kənarı.

[01:05.76] Guya qaça-qaça biz xəzandan,

[01:08.23] Uzaq saldıq özümüzdən baharı

[01:11.26] İçimiz daş bazarı, ya da ürək məzarı.

[01:14.25] Gözlərimiz qızarıb, bəbək yerinə qan damarı.

[01:17.00] Gecələrimiz yuxusuz, günlərimiz sonsuzluğa,

[01:20.01] Bu sonsuzluğun sonu bizi görən hara aparır?!

[01:22.76] İşlərimiz artır-artır, azalır sevginin vaxtı,

[01:26.02] Ünsiyyət iki sözlük: “Necəsən?” Cavab: “Yaxşı”

[01:28.75] Soyuqluqda keçəcəyik daşı, buraxıb yaddaşı,

[01:31.97] İnkubator insanlarının olmur qardaşı.

[01:34.49] İndi kömək eləmir bizə qanadlar.

[01:37.47] Yerimiz uçurumların kənarı.

[01:40.21] Guya qaça-qaça biz xəzandan,

[01:42.99] Uzaq saldıq özümüzdən baharı.

[01:46.23] İndi kömək eləmir bizə qanadlar.

[01:49.23] Yerimiz uçurumların kənarı.

[01:51.98] Guya qaça-qaça biz xəzandan,

[01:54.74] Uzaq saldıq özümüzdən baharı.

[01:57.74] İndi kömək eləmir iynələr və sistemlər,

[02:00.48] Məhv olunan sevgilərdir, insanların hirsindən.

[02:03.73] İndi kömək eləmir magiyalar ya da dinlər,

[02:06.23] Dünyanı qurtarmaqçün bu qap-qara tilsimdən.

[02:09.23] Sadə şeylər məntiq üçün fantastikdir.

[02:11.98] Texnikalar üstələyir insan ağlın.

[02:15.24] Kim yazır görəsən bu əsəri?

[02:17.26] Sonunu görmək maraqlı olardı, bu nağılın.

[02:19.98] Kiminsə gözü bağlı, kiminsə ağlı bağlı.

[02:22.98] İtib fərq, fərq eləmir yaxınlıq, ya uzaqlıq.

[02:25.97] Satılır hətta enerji də, indi hər şeyin öz qiyməti

[02:28.96] Ürəklər də icarəyə verilir, bir neçə yataqlıq.

[02:32.48] İndi kömək eləmir bizə qanadlar.

[02:35.51] Yerimiz uçurumların kənarı.

[02:37.98] Guya qaça-qaça biz xəzandan,

[02:40.77] Uzaq saldıq özümüzdən baharı.

[02:43.98] İndi kömək eləmir bizə qanadlar.

[02:46.97] Yerimiz uçurumların kənarı.

[02:49.99] Guya qaça-qaça biz xəzandan,

[02:52.48] Uzaq saldıq özümüzdən baharı.