Lrc Player

Qaraqan - Bayraq

Unknown artist
[03:42.09]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.80] Salam, üç rəngli bayraq, mən yalançıyam

[00:23.78] Mən ancaq bayram günlərində sevirəm səni

[00:26.53] Əzbər bilirəm yüz fahişənin nömrəsini

[00:29.31] Amma çoxdan unutmuşam himnimizin sözlərini

[00:32.03] Xaricə gedəndə deyirəm ki, guya Türkiyədənəm

[00:34.54] Mən utanıram Azərbaycan sözünü işlətməkdən

[00:37.28] Erməni diasporası soyqırımlar uydurduqca

[00:39.79] Mən Bakıda məşğulam ancaq qız fırlatmaqla

[00:42.53] Ya da ki, çayxana, qeybət dalıyca qeybət

[00:45.30] Sevmək əvəzinə millətimə eləyirəm nifrət

[00:48.06] Rüşvətxor müəllimlərin savadsız tələbəsi

[00:50.81] Qeyrətin məğlubiyyəti, fastfood'un qələbəsi

[00:53.54] Mən baxıram ancaq səviyyəsiz verlişlərə

[00:56.29] Əttökən aparıcılar, səviyyəsiz müğənnilərə

[00:59.06] Mən indi yaşayıram sms və mms'lə

[01:01.53] Çoxdan unutmuşam nədir kişi kimi üzbəüz söhbət

[01:04.27] Salam, bayraq, mən sənin nankör övladın

[01:06.78] Yüz yola əl atıram əsgərlikdən qaçmaqçün

[01:09.78] Sən mənə verdin həyat, mənə verdin azadlıq

[01:12.52] Yaxşı, bəs mən nə eləmişəm sən bayraqçün

[01:15.29] Mənə lazımdı toppuş bacılar və toyxanalar

[01:17.79] Amma toz altında məhv olur böyük kitabxanalar

[01:20.54] Mənə lazımdı falçılar, bir də ki, fahişələr

[01:23.53] Bir də lazımdı, isti, duzlu paçka dollar

[01:25.94] Mən sənə layiq deyiləm, ey, üç rəngli bayraq

[01:28.72] Mənim çoxdan vecimə deyil Qarabağ

[01:31.20] Beynimdə ancaq pul yığmaq yastıq altına

[01:33.70] Birinci telefonu dəyişmək, ikinci maşın almaq

[01:36.47] Mən vergi verməməkçün evə naqil çəkdirirəm

[01:39.47] 20 Yanvar'da baxıram MTV'yə internetdən

[01:42.16] Düşmənin ermənidi sənin, ey, üç rəngli bayraq

[01:44.66] Amma sənin nankor oğlun bu gün pisdir ermənidən

[01:47.41] Bağışla, bayraq, ola bilmədim sənin qəhrəmanın

[01:52.41] Bağışla, yağır yağışlar, qanlı yağışlar

[01:56.90] Bağışla, xalqım, ola bilmədim sənin qəhrəmanın

[02:03.16] Bağışla, yağır yağışlar, qanlı yağışlar

[02:07.42] Bağışla məni bayraq, bağışla məni torpaq

[02:11.65] Mənim ən böyük arzum köçmək burdan, Green Card

[02:14.65] Bağışla məni millət, bağışla məni xalq

[02:16.91] Mən unutmuşam nədir vətəndaş olmaq

[02:19.67] Bağışla məni ana, mən tərbiyəsiz böyüdüm

[02:22.41] Sən mənim gələcəyimi tamam başqa cür görürdün

[02:24.89] Bağışla məni ata, kişilik dəbdə deyil

[02:27.66] O vaxt Qarabağda sən heç nə üçün döyüşürdün

[02:30.42] Bağışla məni Allah, mənim dinim Vercace

[02:33.41] Məscidim bar, peyğəmbərlərim ulduzlar

[02:35.91] Bağışla məni Tanrı, mən günahkar insan

[02:38.65] Qaranlıq səmamda parlamır ulduzlar

[02:41.16] Bağışla məni həyat

[02:42.91] Mən yaşadım ancaq yatmaqçün, gəzməkçün, doymaqçün

[02:46.16] Bağışla məni bayraq

[02:48.41] Bağışla məni bayraq, sənə yazdığım mahnını da yazdım məhşur olmaqçün