Orxan Zeynallı (AiD) ft. Miri Yusif - Karusel
[00:00.32] Mənim sevgilim, sən hamıdan gözəlsən
[00:25.99] Cənnəti təsvir etsəm, çəkərdim sənin rəsmini
[00:28.74] Səhifələr tükəndikcə sanki bitir hər şey
[00:31.47] Mən kitab olsaydım, adım olardı sənin səhvin
[00:34.45] Çox vaxt musiqi nəsə demək istəyir, anlamırsan
[00:37.47] Mən mahnı olsaydım, susub səni dinləyərdim
[00:40.48] Əzab ver, qorxma, sevgidən ölmür heç kim
[00:43.46] Mən ürək olsaydım, səni çöldən bağlayardım
[00:46.46] Mənim sevgilim, sən hamıdan gözəlsən
[00:49.21] Sənə mən gül verdim, sənsə sevdin tikanların
[00:52.50] Uçmaq istəsən, göyə çıxmaq lazım deyil
[00:55.21] Qəlbim sənin səman, sevgimsə qanadların
[00:57.94] Dünyaya baxıram hərdən, o bəzən bizə oxşayır
[01:00.96] Mən dünya olsaydım, fırlanardım başqa səmtə
[01:03.97] Sənin əksini sevdim, ürəyini tapa bilmədim
[01:06.70] Ürəyin olsaydım, yəqin, gizlənərdim mən də
[01:09.71] Dairəni sevmirəm, çünki, küncə qısılmaq olmur
[01:12.72] Küsəndə külək kimisən, sənə toxunmaq olmur
[01:15.50] Sən hər dəfə əsdikcə yanaqdan axır sel
[01:18.50] Dünya fırlandıqca fırlanır bizim karusel
[01:21.26] Üzündəki xal - ürəyimdədi xal
[01:24.52] Gündüzlər getmə, get
[01:26.02] Gecələr qalma, qal
[01:27.26] Yadına bir də sal
[01:29.04] Marsel, fırlanır karusel
[01:33.00] Üzündəki xal - ürəyimdədi xal
[01:35.99] Gündüzlər getmə, get
[01:37.51] Gecələr qalma, qal
[01:39.03] Yadına bir də sal
[01:41.01] Marsel, fırlanır karusel
[01:44.76] Mənim sevgilim, sən hamıdan gözəlsən
[01:48.01] Sən mənim hər şeyimsən, qalsaydın, doymazdım
[01:50.78] Cənnətdə görüşməkçün gərək əbədi sevəsən
[01:53.52] Mən cənnət olsaydım, bu qədər şərt qoymazdım
[01:56.54] Dünyanı gözəl göstərməkçün hərdən uydurursan
[01:59.52] Mən yalan olmuşdum, səni onda mələk etmişdim
[02:02.51] Sənə tərəf hər addım atdıqca təzyiq azalır
[02:05.52] İtmiş şəhər olsaydın, ora çoxdan getmişdim
[02:08.26] Sevməkçün hər şey var, bu dünya əliaçıqdır
[02:11.28] Qaça bilmədiyin dərddən zövq al, ya da barış
[02:14.02] Xəstəlik olsaydım, olardım yaddaşsızlıq
[02:16.76] Ki, unudaq olanları, yenidən olaq tanış
[02:20.02] Mənim sevgilim, sən bu gün çox gözəlsən
[02:22.75] Mən həyat olsaydım, bu qədər şirin olmazdım
[02:25.76] Sənin eşitməyinçün demirəm mən bu sözləri
[02:28.53] Mən sevgi olsaydım, sözlərdən yığılmazdım
[02:31.50] Yuxuna gəlsəm də, tez oyadacam ki, tez gedim
[02:34.54] Qoy mən damcı gözündən axandan daha tez gedim
[02:37.76] Sən ağladıqca həyat yollarımdan axır sel
[02:40.24] Dünya fırlandıqca fırlaır bizim karusel
[02:43.54] Üzündəki xal - ürəyimdədi xal
[02:46.52] Gündüzlər getmə, get
[02:47.63] Gecələr qalma, qal
[02:49.13] Yadına bir də sal
[02:51.00] Marsel, fırlanır karusel
[02:55.26] Üzündəki xal - ürəyimdədi xal
[02:58.25] Gündüzlər getmə, get
[02:59.59] Gecələr qalma, qal
[03:01.09] Yadına bir də sal
[03:02.61] Marsel, fırlanır karusel
