Qaraqan (H.O.S.T) Bash Rolda Ozum
[00:02.29] Onlar oturur kafedə, mən küçədəyəm
[00:13.78] Onlara gəlir isti yeməklər, mən şaxtadayam
[00:16.80] Onlar gəzirlər cipdə, mən taksidəyəm
[00:19.29] Onlar dəniz kənarı parkda, mən arxadayam
[00:22.03] O onu dəvət eləyir rəqsə, mən hirslənirəm
[00:25.07] Onlar çevriləndə mən hər tərəf gizlənirəm
[00:28.07] O ona alır güllər, göndərir hədiyələr
[00:30.58] O onu sevir, amma mən də onu sevirəm
[00:33.30] Onlar gəzirlər küçədə, mən kafedəyəm
[00:36.31] Onlar hiss edəndə kimsə güdür, mən gizlənirəm
[00:39.03] Onlar gəzir dükanları, dənəyir paltarları
[00:41.78] O paltarlı istəyir, mən paltarsız istəyirəm
[00:44.78] Onun sevgilisi pullu, mənim şansım yoxdu
[00:47.53] Onun ətrafında mənim kimi oğlanlar çoxdu
[00:50.29] Mənim ürəyimə girən yeganə qızdı
[00:53.02] Ona yaxın olmaq üçün oluram sevgilisinin dostu
[01:07.29] Onlar keçirir ad günü, mən birinci qonağam
[01:10.03] Onlar qızdırır əllərini, mən yandıran ocağda
[01:13.03] Onlar seçirlər mənzil, mən məsləhətçi
[01:15.54] Onlar haranı gəzir, mən onlara oluram bələdçi
[01:18.54] O onu öpür, mən üzümü çevirirəm
[01:21.53] Onların xoşbəxt anlarına dözə bilmirəm
[01:24.27] Oğlan mənə danışır gecə baş verənləri
[01:26.79] Yatağı, qızı, toxunuşları, səsləri
[01:29.80] O mənə etibar eləyir, mən eləyirəm nifrət
[01:32.55] Onların toy günündə, mən çəkirəm həsrət
[01:35.54] Onların toy gecəsi, şəkillər, bal ayı
[01:38.28] Bir il sonra uşaqlarının ilk sözü olur “dayı”
[01:41.32] Onlar oturur kafedə, mən kafedəyəm
[01:44.03] Onlar uçursa xaricə, mən də xaricdəyəm
[01:46.79] Onlar açırsa şirkət, mən oluram şərik
[01:49.53] Bu sevgi üçbucağı, bu qanlı mühərrik
[01:52.28] Onlar sevişir yataqda, mən qonşu otaqda
[01:55.27] Onlar qəhrəmanlar, mən epizodik rol qıraqda
[01:58.03] Onlar yaşayır öz həyatını, mən onların həyatını
[02:00.78] Mənim adım Qaraqan, yox mənim, yox adım....
[02:15.06] O işlə bağlı uçur xaricə, mən evdəyəm
[02:18.03] Mən onun ən yaxın dostu, mən arxa dirəyəm
[02:20.54] Tək qoya bilmir həyat yoldaşını, körpəsini
[02:23.55] Mən oluram başçısı onun ailəsinin
[02:26.34] O işləyir xaricdə, biz şəhərdəyik
[02:29.37] O biznes danışıqlarında, biz kafedəyik
[02:32.10] O yorğun oteldə, biz artıq evdəyik
[02:34.60] Yedizdirdik, uzatdıq, yatmağa körpəni
[02:37.34] O artıq yuxuda, mən onun sevgilisiylə
[02:40.34] Özümü saxlayıram güclə, əsəb ülgücdü
[02:43.33] Daxil olur duşa, deyir biraz tərləyib
[02:45.88] Ehtiras təmiz ruhumu tamam zəhərləyib
[02:48.87] Əri xaricdə pul qazanır, mən onun dostu
[02:51.58] Məni çağırır hamama, deyir su çox isti
[02:54.35] Mən yumub gözlərimi istəyirəm tənzimləyim
[02:57.09] Növbəti saniyə o çılpaq üstümdə mənim
[03:00.10] Davamlı öpüşlər, ehtiras, etiraf
[03:03.09] O çılpaq, mən geyimdə
[03:04.59] O çılpaq, mən çılpaq
[03:05.85] Dağılmış su, sınıq aynanın çiliyləri
[03:08.58] Nalələr, ahlar, o biri otaqdan uşaq səsi
[03:11.34] Gözümün qarşısında fraqmentlər, xatirələr
[03:14.35] Elə ah çəkir ki, heç belə ah çəkmir fahişələr
[03:17.11] 3 il əzab çək sevgiyə görə, 3 il gizlət
[03:19.83] Bu zibilçə isə bir gündə etdi xəyanət
[03:22.84] Onun üçün fərqi yoxdu, bu mənəm ya başqa biri
[03:25.60] Mən onu itələyirəm, o buraxmır-buraxmır məni
[03:28.60] O tökdü ləkələr, mənim təmiz hisslərimə
[03:31.09] Dodağlar iyrənc, nifrət eləyirəm əllərinə
[03:34.13] Mən heç vaxt istəməzdim bu cür düşsün gözümdən
[03:36.84] Bacarmıram, itələyirəm, onu vururam dizimlə
[03:39.83] Ona etiraf eləyirəm 3 illik sevgimi
[03:42.35] Amma başa salıram ki, bu etdikləri xəyanətdi
[03:45.34] Və qapı açılır dostum əlində silah
[03:48.10] Zorlanmış həyat yoldaşı və dost alçaq
[03:50.84] Növbəti kadr, məncə ehtiyac yoxdu şərhə
[03:53.87] Artıq hamı bilir, kimə dəyir güllə
