Lrc Player

Qaraqan (HOST) - Mənim Dərdim

Unknown artist
[04:05.11]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:02.99] Sənin gözlərini təsvir edir qələmim,

[00:05.78] Sən mənim dərdim, mənim şeytanım və mələyim,

[00:08.55] Sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi..

[00:11.76] Qırıldıqca qəsrim, bəsdi vurdun, bəsdi!

[00:14.76] Qəlbimi sındırdın, qaldı təkcə bədənim,

[00:17.50] Sən mənim dərdim, mənim şeytanım və mələyim,

[00:20.50] Sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim?!

[00:23.54] Payızın göz yaşlarıydı döyürdü pəncərəmi,

[00:26.25] Sonra qucaqlayıb ruhumu evdə gizləndim..

[00:29.50] Sonra bağlı qapısı döyüldükcə otağımın susurdum,

[00:32.51] Sonra gözlərin dənizlərində balıqlar üzürdü..

[00:35.18] Səhifələr qurtardı, həyat kitabçam boş artıq,

[00:38.43] Ağlamaqla bitmir dərdlər, ağlamaqla onlar artır,

[00:41.43] Zaman don, tək qalanda dostların içində özgə,

[00:44.17] Amma gizləndikcə içimə, özümü tək qalanda tapdım..

[00:47.17] Sənin gözlərində ağlayırdı səssiz,

[00:50.19] Günah məndədi, bir nəfər göstər səhvsiz..

[00:53.19] Sınıq budaqlarçun artıq külək əsmir,

[00:55.69] Qalın geyin birtəhər keçirək fəsli..

[00:58.68] Bizim aramızda yüzminlərlə pərdə,

[01:01.93] Mənim divarlarım tab gətirmir dərdə..

[01:05.18] Mənim tənhalığım oldu ən yaxın dost,

[01:07.93] Mənim yaddaşımdan ağrılarımı poz – HOST

[01:11.42] Vurduqca nəbzim, döyündükcə qəlbim,

[01:14.43] Sənin gözlərini təsvir edir qələmim,

[01:16.95] Sən mənim dərdim, mənim şeytanım və mələyim,

[01:19.68] Sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi..

[01:23.19] Qırıldıqca qəsrim, bəsdi vurdun, bəsdi!

[01:26.18] Qəlbimi sındırdın, qaldı təkcə bədənim,

[01:28.68] Sən mənim dərdim, mənim şeytanım və mələyim,

[01:31.68] Sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim?!

[01:34.46] Gülüşün arxasında hansı hisslər gizlənib?!

[01:37.69] Yenə çirk palçığın üstünü örtdü qar..

[01:40.44] Çox işıq salma mənim qaranlığım hirslənir,

[01:43.45] Arxamca atdığın daşlardı yadigar..

[01:46.43] Həyatı tozlu döngələrdə keçirdikcə,

[01:49.44] Mən sənin qiymətini bildim itirdikcə,

[01:52.19] Sənin saraylarında daha neçə şahzadə,

[01:55.19] Atılmış oyuncaq olacaq sən bezdikcə..

[01:58.18] Sənin gözlərində yoxdu artıq sevgi,

[02:01.18] Onlar qaçır görüşdükcə gözlərimdən..

[02:04.17] Sənin həyat kitabın bəlkə boş qalardı,

[02:07.19] Əgər mən olmasaydım ilk səhifəsində..

[02:10.18] Məni unutmuş dostlarımla gəldim üzbəüz,

[02:13.19] Hardaydız dostlar, bu mənəm, QaraQandı?

[02:16.19] Amma tanımayıb onlar yanımdan keçdilər,

[02:19.20] Həyatdan təkcə yorğunluq bizə qalandı..

[02:21.94] Beləcə ötürürdük keçmişə günləri,

[02:24.92] Külək süpürürdü keçmişin küllərin.

[02:28.19] Sən də tullamışdın verdiyim gülləri.

[02:30.92] Noldu sənə nə tez unutdun gülməyi, gülüm..

[02:34.17] Vurduqca nəbzim, döyündükcə qəlbim,

[02:37.45] Sənin gözlərini təsvir edir qələmim,

[02:39.96] Sən mənim dərdim, mənim şeytanım və mələyim,

[02:42.70] Sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi..

[02:46.18] Qırıldıqca qəsrim, bəsdi vurdun, bəsdi!

[02:49.20] Qəlbimi sındırdın, qaldı təkcə bədənim,

[02:51.69] Sən mənim dərdim, mənim şeytanım və mələyim,

[02:54.70] Sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim?!

[02:57.70] Sevgi də körpələrtək doğulur ağrılarla.

[03:00.44] Amma son nəfəsdə son ümiddə səssiz.

[03:03.69] Mən artıq yox oldum zülmətdə qarğalarla.

[03:06.42] Mənim azadlığım bu gündən artıq sədsiz.

[03:09.44] Qaralanmış şimal küləkləriylə əsdim.

[03:12.43] Mən artıq uçub getmişəm bu dar qəfəsdən.

[03:15.43] Sənə olan sevgimi əllərimlə boğdum.

[03:18.44] Dedim gəl dost olaq dedin əlvida.

[03:21.93] Vurduqca nəbzim, döyündükcə qəlbim,

[03:24.69] Sənin gözlərini təsvir edir qələmim,

[03:27.43] Sən mənim dərdim, mənim şeytanım və mələyim,

[03:30.43] Sən mənim dərdim, qaytarırsan qırılmış ürəyi..

[03:33.68] Qırıldıqca qəsrim, bəsdi vurdun, bəsdi!

[03:36.69] Qəlbimi sındırdın, qaldı təkcə bədənim,

[03:39.19] Sən mənim dərdim, mənim şeytanım və mələyim,

[03:42.19] Sən mənim dərdim, sənə qəlbi qırıqmı vermişdim?!