Lrc Player

Qaraqan - Salam Allah. Leykemiya (2012)

Unknown artist
[04:04.32]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.55] Salam, Tanrı, neçə vaxtır buralara gəlmirəm mən

[00:32.08] Bilmirəm haradan başlıyım elə başlıyacam əvvəldən

[00:35.09] O tər-təmiz illərdən nə vaxt ki qəlbim günahsız

[00:38.33] Ən yaxın dostlarımla bu məscidə gəlirdim mən

[00:41.09] Zəif və gücsüz dizlər çökərkən dualarda

[00:44.34] Qıldığım hər namaz çəkdiyim hər səcdə yadımda

[00:47.34] Yadımda səni görmək arzular və dərin hisslər

[00:50.35] Mən onda dəqiq bilirdim ki, kimdi yaxşılar kimdi pislər

[00:54.34] Uca Allah indi hisslərimdə məftillər və qan

[00:58.09] Mənim içimdə indi dustaq yatır yaxşı insan

[01:01.10] Güzgüdən baxan adamda deyil artıq mənim əksim

[01:04.09] Titrəyən dizlərim günahlarıma bağırır təslim

[01:07.34] Səndən də gəlmədikcə səs ya mən eşitmədikcə

[01:10.34] Daşlandıqca ruhum vicdanım iradəmi əzdikcə

[01:13.35] Hər əsdikcə payız küləkləri gəldikcə əzan

[01:16.59] Tüklərim biz-biz durur dözmək çətin demək asan

[01:20.34] Kimlərə çevirdi zaman və bu acı üsyanlar

[01:23.85] Sən demə doluymuş çirkabla həyat çirkab insanlar

[01:27.07] Sən demə doluymuş yalan ətrafım nifrətlə

[01:30.09] Yaxınlarım gözlüyürmüş yıxılmağımı həsrətlə

[01:33.35] Belimi sındırsalar da kəssələr də əllərim

[01:36.34] Ancaq sənin qarşında çökəcək mənim dizlərim

[01:39.63] Və rəng-bə-rəng adamların üstünü örtükcə qar

[01:42.85] Baxıram ətrafıma səndən başqa de kimim var

[02:14.87] Uca Allah göndər səmadan mələk qurtar məni

[02:18.09] Bu bədən ruhuma zindan saxlıyır dustaq məni

[02:21.09] Burax məni mən artıq öyrəndim gəzməyi Allah

[02:24.08] Və nə vaxt yıxılsamda biləcəm ki, günah mənim, sınaq mənim

[02:28.07] Mən özüm dözməliyəm bunlara Tanrı sınaq mənim

[02:31.07] Mən özüm tanımalıyam insanları

[02:33.34] Vicdanların taparaq dərinlərdə hardasa içdə

[02:36.33] Mən bilirəm çirkli qəlblərində hər bir mələk gizlər

[02:40.31] Ay Allah keç günahımdan mənim valideynlərimin

[02:43.57] Bağışla yaxınlarımı, dostlarımı, bağışla məni

[02:46.82] Bağışla millətimi və bağışla bu avam xalqı

[02:49.84] Onlar bilmir neyniyir qulaqları kor gözlər bağlı

[02:53.08] Və əgər çıxacaqsa içlərindən bircə insan

[02:56.07] Bircə insan anlasa ki, içində var təmiz vicdan

[02:59.08] Cəmi bir nəfər ürəkdən inanacaqsa sənə,

[03:02.59] Mən biləcəyəm ki, ölmüyüb, sağdı Azərbaycanda İslam