Lrc Player

Qaraqan - Get. Leykemiya (2012)

Unknown artist
[03:12.31]·Synced by Guest·
This lyric sheet isn't paired with a song yet, so lines are shown but won't sync or seek.

[00:00.56] İllər keçdikcə qorxduğun adamlara dönmək

[00:26.58] Onlardan biri olmaq, diri olmaq deyil, bu ölmək

[00:29.85] İllər ötdükcə nifrət elədiyin şeyləri sevmək

[00:32.55] Bu divarlar möhkəm, yox köməy, yox kömək

[00:35.56] İllər keçdikcə boz kütlədə tapmağ öz yerini

[00:38.57] Onlar başqa insanlar deyil, hamısı sənnən biri

[00:41.56] Onlar da qəhramanlar deyil, səndə olar kimi

[00:44.80] Çox böyük oyunlarda kiçiy insanlarıq biz bil

[00:47.83] Artıq neçə ildir ki, valideynlərdən gəlmir kömək

[00:50.61] Artıq neçə ildir ki, dostlar, şit zarafat, gülmək

[00:53.62] Artıq neçə il ət parçasına dönüb bu ürək

[00:56.38] Artıq neçə il uçub gedib çiyinlərdən mələk

[00:59.63] Və artıq səmalardan yağmır yerə müqədəslik

[01:02.63] Bir anlıq istəyirsən diz çöküb olasan təslim

[01:05.39] Bu beton binaların arasında tapmaq sevgi

[01:08.62] Bu heykəl insanların qəlblərində tapmaq sevgi

[01:11.63] Get, əgər gedə bilirsənsə

[01:14.40] Qal, əgər dözə bilirsənsə

[01:17.39] Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə..

[01:23.16] Get, əgər gedə bilirsənsə

[01:26.38] Qal, əgər dözə bilirsənsə

[01:29.62] Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə..

[01:35.65] Sevdiyin qəhrəmanları basdırmaq kitablarda

[01:38.62] Uşaqlıq dostların hərəsi bir ölkədə, uzaqlarda

[01:41.62] Sevgilinə gedən yol keçdi min cür qucaqlardan

[01:44.40] Bahardan qalan miras sarı quru yarpaqlarda

[01:47.39] Qaranlıq otaqlarda, kimsəsiz otaqlarda

[01:50.41] Həyata fotoalbom kimi baxmaq xəyallardan

[01:53.64] Və görmək bəzi şəkillərdə sevinc, bəzi şəkillərdə kədər

[01:56.88] Amma sevinc daha çox idi doxsanlarda

[01:59.63] Və bir neçə dəfə Bakını tərk etmək birdəfəlik

[02:02.63] Xarici pasport, viza, qayıtmamağa var əminlik

[02:05.65] Həyatı yenidən qurmaq hardasa başqa yerdə

[02:08.38] Və qaranlıq keçmişə boylanıb baxmamaq birdə

[02:11.65] Bakını unutmaq və yaddan çıxartmaq bu xalqı

[02:14.64] Tüpür hər şeyə get burdan, bax axı gedir hamı

[02:17.63] Və əgər bir gün darıxsan, vətən həsrəti çəksən

[02:20.61] Mən bu torpaqlara çatdıracam sənin salamın

[02:23.40] Get, əgər gedə bilirsənsə

[02:26.66] Qal, əgər dözə bilirsənsə

[02:29.62] Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə..

[02:35.38] Get, əgər gedə bilirsənsə

[02:38.13] Qal, əgər dözə bilirsənsə

[02:41.38] Sev, əgər göz yuma bilirsənsə, dona bilirsənə, susa bilirsənsə..

[02:47.13] Get...